Dieqo Kosta "Atletiko"da qalacaq

Dieqo Kosta "Atletiko"da qalacaq
XƏBƏR 7 Yanvar 2014 / 15:12 1723
-  A +

"Atletiko" (Madrid) klubunun hücumçusu Dieqo Kosta qış transfer pəncərəsi dönəmində də komandasında qalacaq.

Qol.Az-ın məlumatına görə, bu barədə klubun idman direktoru Joze Luis Kaminero açıqlama verib.

Kaminero bildirib ki, Kosta "Atletiko"dan ayrılmağı düşünmür: "Kosta İngiltərənin böyük klublarının onu istədiyini bilir. Ancaq o artıq böyüyüb və qərarı özü verəcək. Onu deyə bilərəm ki, Dieqo Madriddə xoşbəxtdir və buradan ayrılmağı düşünmür".

Qeyd edək ki, "Arsenal" və "Çelsi"nin maraq dairəsində olan 25 yaşlı futbolçunun təzminat qiyməti 38 milyon avrodur.


Son xəbərlər
topaz banner