"Bakı" "Styaua" ilə qarşılaşacaq

"Bakı" "Styaua" ilə qarşılaşacaq
XƏBƏR 7 Yanvar 2014 / 13:40 1914
-  A +

Qış təlim-məşq toplanışını İspaniyada keçəcək "Bakı" klubunun bu ölkədə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq rəqiblərindən biri müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, Milinko Pantiçin komandası Rumıniyanın "Styaua" klubu ilə qarşılaşacaq.

Bu görüş yanvarın 20-nə nəzərdə tutulub. "Marbelya" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Rumıniya çempionatında 17 turdan sonra 39 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Styaua" klubu ötən qışda Antalyada Azərbaycanın digər təmsilçisi "Qəbələ" ilə yoxlama oyunu keçirmiş və rəqibinə 0:1 hesabı ilə uduzmuşdu.

 


Son xəbərlər
topaz banner