Ronaldo: "Vurduğum qolları Eysebioya həsr edirəm"

Ronaldo: "Vurduğum qolları Eysebioya həsr edirəm"
XƏBƏR 7 Yanvar 2014 / 12:34 2426
-  A +

"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo dünən "Selta Viqo" ilə oyundan sonra fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, "AS" qəzetinə danışan portuqaliyalı futbolçu vurduğu qolları iki gün öncə dünyasını dəyişən Eysebioya həsr etdiyini bildirib:

"İlin ilk matçında qələbə qazanmaq çox vacib idi. Qələbəni yüksək səviyyəli oyunla qazanmadıq. Bununla belə, qələbə qazandığımız üçün çox şadam. Təkcə bu görüşdə deyil, bütün oyunlarda qalib gəlməliyik. Dünənki oyunda iki qol vurduğum üçün çox sevincliyəm. Vurduğum qolları Eysebioya həsr edirəm. Onunla çox yaxın idim və mənə çox köməyi olmuşdu".

Qeyd edək ki, "Real"ın "Selta Viqo"nu 3:0 hesabı ilə məğlub etdiyi görüşdə Ronaldo dublla yadda qalıb.


Son xəbərlər
topaz banner