“Qəbələ” üçün daha 2 rəqib

“Qəbələ” üçün daha 2 rəqib
XƏBƏR 7 Yanvar 2014 / 10:09 1628
-  A +

Cari mövsümünün hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ"nin toplanış çərçivəsində keçirəcəyi sınaq görüşləri barədə məlumat vermişdik.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, öncədən 4 rəqibi (13 yanvar - "Tobol" Qazaxıstan, 16 yanvar - "Konyaspor" Türkiyə, 20 yanvar - "Spartak" Qazaxıstan, 22 yanvar - "Volqa" Rusiya) müəyyənləşən "Qəbələ"nin daha iki rəqibinin adına aydınlıq gəlib.
 
Təlim-məşq prosesi çərçivəsində "qırmızı- qaralar" ilk matçda - yanvarın 10-da Türkiyə təmsilçisi "Maltepespor"la, digər oyunda - yanvarın 25-də isə Moskva "Torpedo"su ilə üz-üzə gələcək. 

Son xəbərlər
topaz banner