"Arsenal" və İngiltərə millisi ciddi itki ilə üzləşdi

"Arsenal" və İngiltərə millisi ciddi itki ilə üzləşdi
XƏBƏR 6 Yanvar 2014 / 23:10 2924
-  A +

İngiltərənin "Arsenal" klubu  ciddi itki üzləşib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, "Tottenhem"lə matçda zədələnən Teo Uolkott 6 aylıq sıradan çıxıb. Dizindən ciddi problem yaşayan ingilis hücumçunun qarşıdakı günlərdə bıçaq altına yatacağı açıqlanıb.

Bu səbəbdən o, cari mövsüm oynaması və iyun ayında Braziliyada təşkil olunacaq dünya çempionatında iştirakı sual altındadır.


Son xəbərlər
topaz banner