Klopp: "Borussiya" hamıdan böyükdür"

Klopp: "Borussiya" hamıdan böyükdür"
XƏBƏR 6 Yanvar 2014 / 22:57 2020
-  A +

"Borussiya"nın baş məşqçisi Yurgen Klopp futbolçusu Robert Levandovskinin "Bavariya" ilə müqavilə imzalamasına münasibət bildirib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, alman mütəxəssis polşalı hücumçunun komandadan ayrılmasının Dortmund təmsilçisinin gücünə təsir etməyəcəyini deyib:

"Levandovski uzun müddətdir ki, ayrılmaq istəyirdi. Ancaq peşəkarlığını qorudu və ən yaxşı oyununu nümayiş etdirdi.Bu transfer doğru zamanda gerçəkləşdi. Amma "Borussiya" hamıdan böyükdür".

Qeyd edək ki, Münhen təmsilçisi ilə beş illik müqavilə imzalayan R.Levandovski mövsümün sonundan "Bavariya"da çıxış edəcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner