Mourinyo: "Bəlkə özümə qarşı çıxıram, amma..."

Mourinyo: "Bəlkə özümə qarşı çıxıram, amma..."
XƏBƏR 6 Yanvar 2014 / 22:29 2731
-  A +

"Çelsi"ni baş məşqçisi Joze Mourinyo İngiltərədə çox sayda əcnəbi çalışdırıcının olduğunu deyib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis klubların xaricilərə daha çox üstünlük verməsini düzgün hesab etməyib:

 "Bəlkə özümə qarşı çıxıram, amma İngiltərədən həddən artıq əcnəbi çalışdırıcı var. İngilis mütəxəssislərin əcnəbilərdən bir əskiyinin olduğunu düşünmürəm. Bir çox bacarıqlı baş məşqçilər olsa da, onlara yetəri qədər fürsət vermirlər. Ancaq mən İngiltərəyə ilk gəldiyimdə  yerli çalışdırıcılar üstünlük təşkil edirdi".

 


Son xəbərlər
topaz banner