Levandovski "Real"ın təklifini rədd edib

Levandovski "Real"ın təklifini rədd edib
XƏBƏR 6 Yanvar 2014 / 19:35 2318
-  A +

Mövsümün sonundan "Bavariya"da oynayacaq "Borussiya"nın  (Dortmund) futbolçusu Robert Levandovski "Real"ın təklifini rədd edib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl Münhen təmsilçisi ilə 5 illik müqavilə imzalayan polşalı hücumçuya Madrid klubu illik 9.5-10 milyon avro qazanacağı 6 illik müqavilə təklif edib. Ancaq R.Levandovski bunu rədd edərək "Bavariya"ya transfer olunmağı seçib.

Qeyd edək ki, "Real" "Barselona"nın yay transferi pəncərəsində heyətinə qatdığı Neymara da təklif göndərmiş, amma müsbət cavab ala bilməmişdi.


Son xəbərlər
topaz banner