"Bavariya"nın hücumçusu ingilis nəhənglərinin hədəfində

"Bavariya"nın hücumçusu ingilis nəhənglərinin hədəfində
XƏBƏR 6 Yanvar 2014 / 19:00 8910
-  A +

"Bavariya" klubunun hücumçusu Mario Mandzukiç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Qol.Az-ın "Daily Express"ə istinadən verdiyi məlumata görə, "Arsenal" və "Mançester Siti" klubları xorvatiyalı futbolçunun xidmətində maraqlıdırlar.

Robert Levandovskinin "Bavariya"ya transferindən sonra Mandzukiçin mövsümün sonunda Münhendən ayrılacağı istisna olunmur. Lakin 27 yaşlı futbolçunun hansı komandanı seçəcəyi böyük maraq doğurur.
 
Qeyd edək ki, Mandzukiç bu mövsüm keçirdiyi 18 oyunda 11 dəfə rəqib qapılarına yol tapıb.


Son xəbərlər
topaz banner