"Çətin olsa da, Azərbaycan millisinə qol vurmağı bacardıq"

"Çətin olsa da, Azərbaycan millisinə qol vurmağı bacardıq"
XƏBƏR 6 Yanvar 2014 / 17:12 2006
-  A +

"Azərbaycan yığmasının turnirdəki ilk oyununu izləmişdik. Yaxşı müdafiə və hücum qurmaq baxımından təhlükəli yarımmüdafiə xəttinə malik komanda olduğunu bilirdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri 1996-97-ci il təvəllüdlü futbolçulardan ibarət Çexiya yığmasının baş məşqçisi Miroslav Soukup millimizlə oyundan sonra deyib.

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə yığmamıza 2:0 hesabı ilə qalib gələn Çexiya millisinin çalışdırıcısı ötən oyunla müqayisədə bu gün daha yaxşı oynadıqlarını bildirib:

"Nə qədər çətin olsa da, qol vurmağı bacardıq. Futbolda isə qələbəni qol vuran qazanır. Ötən oyunla müqayisədə bu gün daha yaxşı oynadıq”.


Son xəbərlər
topaz banner