Millimizin baş məşqçisi Çexiya məğlubiyyətini şərh etdi

Millimizin baş məşqçisi Çexiya məğlubiyyətini şərh etdi
XƏBƏR 6 Yanvar 2014 / 17:08 1714
-  A +

"İlk növbədə Çexiya yığmasını qələbə münasibətilə təbrik edirəm. Hər iki komandaya qələbə lazım idi. Sevinən tərəf rəqibimiz oldu".

Qol.Az-ın məlumatına görə, bu sözləri 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam Çexiya ilə oyundan sonra deyib.

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə çexlərə 0:2 uduzan millimizin çalışdırıcısı komandasının hücumda lazımi təzyiqi göstərə bilmədiyini vurğulayıb:

"Ötən oyunla müqayisədə taktiki planda dəyişiklik etməmişdik. Lakin hücum xəttində rəqibə lazımi qədər təzyiq göstərə bilmədiyimiz üçün taktiki gedişlərimiz bir o qədər səmərəli olmadı”.


Son xəbərlər
topaz banner