Robben: "Levandovski ilə daha da güclənəcəyik"

Robben: "Levandovski ilə daha da güclənəcəyik"
XƏBƏR 6 Yanvar 2014 / 11:16 1599
-  A +

"Bavariya" klubunun futbolçusu Aryen Robben komandasının yeni transferi - Robert Levandovskinin keçidinə münasibət bildirib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçu bu transferlə komandasının daha da güclənəcəyini bildirib:

"Levandovski çox güclü futbolçudur. O, dünyanın ən yaxşı hücumçuları sırasında yer alır. Bu baxımdan Levandovskinin "Bavariya"ya keçidi çox yaxşı oldu. Onunla komandamız daha da güclənəcək".

Qeyd edək ki, "Bavariya" ilə 2019-cu ilə qədər müqavilə imzalayan polşalı futbolçu yeni komandasında ilinə 8 milyon avro qazanacaq.

Son xəbərlər
topaz banner