Millimiz Çexiya ilə qarşılaşacaq

Millimiz Çexiya ilə qarşılaşacaq
XƏBƏR 6 Yanvar 2014 / 10:02 1386
-  A +

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirəcək. Qol.Az-ın məlumatına görə, yığmamız Çexiya komandası ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun saat 12:00-da başlayacaq. Turnir çərçivəsində yığmamız ilk oyununu yanvarın 4-də Yunanıstan komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər
topaz banner