"Traktor Sazi" autsayderlə bacarmadı

"Traktor Sazi" autsayderlə bacarmadı
XƏBƏR 5 Yanvar 2014 / 00:10 1496
-  A +

Təbrizin "Traktor Sazi" klubu ötən gün İran çempionatında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Təbriz təmsilçisi XXI turda evdə çempionatın autsayderi "Fajr Sepasi" ilə qarşılaşıb.

Bu görüşdə qalib müəyyənləşməyib. Tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyun elə başladığı kimi də başa çatıb - 0:0.

Qeyd edək ki, "Traktor Sazi" 21 turdan sonra 35 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər