"Azərbaycanla oyunda qələbə qazana bilərdik"

"Azərbaycanla oyunda qələbə qazana bilərdik"
XƏBƏR 4 Yanvar 2014 / 18:31 2050
-  A +

"Ümumilikdə, oyundan və nəticədən razıyam. Amma düşünürəm ki, müəyyən epizodlarda daha dəqiq oynasaydıq, qələbə də qazana bilərdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Yunanıstan yığmasının baş məşqçisi Teodoros Paxaturidis millimizlə oyundan sonra deyib.

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə yığmamızla 1:1 bərabərə qalan Yunanıstan millisinin baş məşqçisi fasilədən sonra bəzi dəyişikliklər etdiyini bildirib:
 
"Fasilədən sonra taktiki baxımdan bəzi dəyişikliklər etdik. Çünki birinci hissənin başa çatmasına bir neçə dəqiqə qalmış qol buraxmışdıq. Dəyişiklər xeyrimizə oldu. Turnirdə əsas məqsədimiz futbolçuların hazırlıq səviyyəsini müəyyənləşdirməkdir”.

Daha çox


Son xəbərlər