Messi: "Dönüşüm möhtəşəm olacaq"

Messi: "Dönüşüm möhtəşəm olacaq"
XƏBƏR 4 Yanvar 2014 / 17:55 2790
-  A +

"Barselona" klubunun ulduzu Lionel Messi yaşıl meydanlarda futbol oynamaq üçün çox darıxıb.

Qol.Az-ın məlumatına görə, sosial şəbəkə üzərindən özünü çox yaxşı hiss etdiyini yazan argentinalı hücumçu dönüşünün möhtəşəm olacağını bildirib:

"Komanda yoldaşlarımla yenidən bir araya gəlmək çox gözəl oldu. Özümü əla hiss edirəm".

Qeyd edək ki, noyabrın 10-da "Betis"lə La Liqa matçında zədələndiyi üçün bir müddət yaşıl meydanlardan uzaq qalan Messinin yanvarın 5-də "Elçe" ilə matçda forma geyinəcəyi gözlənilir.

Daha çox


Son xəbərlər