Kavani: "Bütün rəqiblərimiz İbrahimoviçdən qorxur"

Kavani: "Bütün rəqiblərimiz İbrahimoviçdən qorxur"
XƏBƏR 4 Yanvar 2014 / 17:25 1870
-  A +

PSJ klubunun hücumçusu Edinson Kavani komanda yoldaşı Zlatan İbrahimoviç haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, "Le Figaro"ya danışan uruqvaylı futbolçu bütün rəqiblərin İbrahimoviçdən çəkindiyini bildirib:

"İbrahimoviçlə birgə oynayarkən özümü çox yaxşı hiss edirəm. Çünki o çox yüksək səviyyəli futbolçudur və hücum zamanı mənim qol vurmağım üçün yaxşı şərait yaradır. Bütün rəqiblərimiz İbrahimoviçdən qorxur. Çünki o hər an istənilən mövqedən qol vura bilər".

Daha çox


Son xəbərlər