"Rəvan"ın məşqçilər korpusu da istefa verdi

"Rəvan"ın məşqçilər korpusu da istefa verdi
XƏBƏR 4 Yanvar 2014 / 14:51 1842
-  A +

Dünən "Rəvan" klubunun çalışdırıcısı Şahin Diniyevlə bərabər məşqçilər korpusu da istefa verib.

Bu barədə Qol.Az-a açıqlamasında "Rəvan"ın sabiq baş məşqçisi Şahin Diniyev məlumat verib.

Ş.Diniyevin sözlərinə görə, özü ilə yanaşı, köməkçiləri Nazim Əliyev və Xaliq Mərdanov da komandadan ayrılıb.

Qeyd edək ki, bundan sonra "Rəvan" klubunu türkiyəli mütəxəssis Güvənç Kurtar çalışdıracaq.

Daha çox


Son xəbərlər