İbrahimoviç: "PSJ "Real"la eyni səviyyədə deyil"

İbrahimoviç: "PSJ "Real"la eyni səviyyədə deyil"
XƏBƏR 4 Yanvar 2014 / 13:54 2474
-  A +

PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç Qətərdəki təlim-məşq toplanışı haqda danışıb.

Qol.Az-ın məlumatına görə, isveçli forvard komandasının hazırlığından razı qaldığını bildirib:

"Hazırlıqlarımız yüksək səviyyədə keçir. Üzərimizdə çox çalışırıq və hazırda yaxş formadayıq. Gün ərzində iki məşq keçirik ki, bu da bizə kifayət edir. İkinci dövrədə daha yaxşı çıxış edəcəyimizə inanıram. "Real"la yoldaşlıq görüşünə gəlincə biz həmin matçda yaxşı oynadıq. Məğlubiyyətə baxmayaraq, xeyli qol imkanları yaratdıq. "Real"la eyni səviyyədə olduğumuzu deyə bilmərəm. Ancaq bizim əsas məqsədimiz titul qazanmaqdır".

Qeyd edək ki, PSJ Qətərdə Madrid "Real"ı ilə keçirdiyi yoxlama oyununu minimal hesabla məğlub olmuşdu - 0:1.

Daha çox


Son xəbərlər