Yığmamız Yunanıstanla bərabərə qaldı

Yığmamız Yunanıstanla bərabərə qaldı
XƏBƏR 4 Yanvar 2014 / 16:22 2505
-  A +

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, C qrupunda mübarizə aparan yığmamız Yunanıstan komandası ilə qarşılaşıb.
 
Bakı vaxtı ilə saat 14:15-də başlayacan görüşdə qalib müəyyənləşməyib. Bu matçda hesabı açan tərəf millimiz olsa da, sonda üstünlüyü əldən verib. Belədə yığmamız meydanı 1:1 bərabərliklə tərk edib.

Qeyd edək ki, qrupun digər qarşılaşmasında isə Yaponiya və Çexiya komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.

Daha çox


Son xəbərlər