Dieqo Simeone üzr istədi

Dieqo Simeone üzr istədi
XƏBƏR 4 Yanvar 2014 / 01:43 2456
-  A +

Madridin "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeone bir müddət əvvəl verdiyi açıqlamasında İspaniya La Liqasını sıxıcı adlandırdığı üçün üzr istəyib.

Qol.Az-ın məlumatına görə, "Sport.es" qəzetinə müsahibə verən argentinalı mütəxəssis fikrini düzgün çatdıra bilmədiyini deyib.

"Sıxıcı sözünü düzgün işlətməmişəm. Ancaq həqiqətən La Liqa klublara  az şans verir. Rəqabəti artırmaq üçün dəyişikliyə ehtiyac var. Bunu  azarkeşlər üçün etmək lazımdır" - deyə o qeyd edib.

Xatırladaq ki, Simeone daha əvvəl verdiyi açıqlamasında "Barselona"nın çox vaxt zirvədə qərarlaşdığını və buna görə də La Liqanın maraqsız olduğunu demişdi.

Son xəbərlər