"Barselona" və "Arsenal"da oynamağı arzulasam da..."

"Barselona" və "Arsenal"da oynamağı arzulasam da..."
XƏBƏR 3 Yanvar 2014 / 16:50 3463
-  A +

"Yuventus" klubunun yarımmüdafiəçisi Pol Poqba haqqında çıxan transfer xəbərlərinə münasibət bildirib. 

Qol.Az-ın məlumatına görə, fransız futbolçu "Yuventus"da özünü yaxşı hiss etdiyini bildirib:

"Yuventus"da xoşbəxtəm və özümü çox yaxşı hiss edirəm. Baxmayaraq ki, uşaq ikən "Barselona" və "Arsenal"da oynamağı arzulayırdım. Turin klubunda oynamaq ayrı hissdir. "Yuventus" mənim üçün Zidan, Trezeqe və Nedveddən ibarət idi. Onlar çox istedadlı, intizamlı futbolçular olublar".

Qeyd edək ki, Poqbanın mövsümün sonunda PSJ klubuna transfer olunacağı iddia edilir.
 


Son xəbərlər
topaz banner