Azərbaycan Akademik Assosiasiyasının təşəbbüsü ilə Avstriyanın “İron Fist Gym” klubunun tərkibində “Xocalı” adlı kikboksinq komandası yaradılıb.
Qol.Az-ın xəbərinə görə, komandanın əsas məqsədi Xocalı soyqırımı ilə bağlı Avstriya və Avropada təbliğat aparmaq, faciənin soydaşlarımız arasında unutdurulmamasına çalışmaqdır. Vyanada məşq edərkən komandanın üzvləri üzərində “Xocalıya ədalət” sözləri yazılan t-şörtlər geyinir. Bu isə məşqi izləyənlərdə maraq oyadır, onlar idmançılarımızda Xocalı ilə bağlı məlumat alır.
Komanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada aparılan “Xocalıya ədalət” kampaniyası çərçivəsində formalaşdırılıb.
Azərbaycanın peşəkar boksçusu, "Qəbələ" idman klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədov müayinə üçün Vyanada olarkən komandanın üzvləri ilə görüşüb. Görüşdə F.Məmmədovun komandanın fəxri məşqçisi seçilməsi qərara alınıb.
Qeyd edək ki, “Xocalı” komandası “İron Fist Gym” klubunun direktoru Bülənt Sağlam, Xocalı Azərbaycan Akademik Assosiasiyasının idarə heyətinin üzvü və sabiq baş katibi Ramin Şükürov və assosiasiyanın üzvü Emil Musayevin təşəbbüsü ilə yaradılıb.
“Beşiktaş”a keçə bilər
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər
Qvardiola “Barselona”ya qayıtmayacaq
“Ayxan müəllim bizə bu barədə məlumat vermişdi”