Əsgər Abdullayev: "Çətin oyun oldu"

Əsgər Abdullayev: "Çətin oyun oldu"
XƏBƏR 4 Dekabr 2013 / 20:32 2582
-  A +

"Araz Navçıvan"ın baş məşqçisi Əsgər Abdullayev  Azərbaycan kubokunun 1/8 finalında  "Simurq"la oyundan (pen - 4:2) sonra açıqlama verib.

Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, o, qarşılaşmanın onlar üçün çətin keçdiyini bildirib:

“Rəqib Premyer Liqada “Qarabağ”dan sonra ən az top buraxan komandadır. Oyunun penaltilər seriyasına gedəcəyini düşünərək ciddi hazırlaşmışdıq. Çətin oyun oldu. “Simurq”a qarşıdakı oyunlarında uğurlar arzulayıram”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner