"Qapıçı qırmızı vərəqə almasaydı, "Qəbələ"yə qarşı oynamaq olardı"

XƏBƏR 4 Dekabr 2013 / 16:35 1418
-  A +

"Bildiyiniz kimi Azərbaycanın səviyyəli komandasına qarşı oynadıq. Əzmlə, istəklə oynamaq bugünkü hesabın böyük olmamağına gətirib çıxartdı".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Mil-Muğan" klubunun baş məşqçisi Mətləb Məmmədov "Qəbələ" ilə kubok oyunundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

M.Məmmədov qapıçının qırmızı vərəqə almasının komandasının oyununa mənfi təsir göstərdiyini bildirib: "Qapıçımızın qırmızı vərəqə almağı da təsir elədi. Bəlkə də qırmızı vərəqə almasa idi, oynamaq olardı, amma mən yenə də öz komandama çox sağ ol deyirəm. “Qəbələ” komandasına da gələcək oyunlarda uğurlar arzu edirəm”.

Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır