Ronaldinyo: "Neymar dünyanın ən yaxşısı olacaq"

Ronaldinyo: "Neymar dünyanın ən yaxşısı olacaq"
XƏBƏR 4 Dekabr 2013 / 11:03 1744
-  A +

"Atletiko Mineyro"nun futbolçusu Ronaldinyo "Barselona"nın oyunçuları Lionel Messi və Neymar haqda danışıb.

Qol.Az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu Neymarın yaxın gələcəkdə dünyanın ən yaxşısı ola biləcəyini bildirib:

"Barselona"da çıxış etdiyim vaxtlarda Deko və Silvinyo ilə Messinin komandaya daha tez uyğunlaşması üçün ona kömək edirdik. Ancaq indi Messi Neymar üçün çalışır. Düşünürəm ki, Neymar yaxın gələcəkdə dünyanın ən yaxşısı olacaq. Hazırda ən yaxşı Messidir. Ronaldo isə Messi ilə eyni vaxtda top qovan ən güclü futbolçudur".


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır