Aquero "Mançester Siti"ni "Barselona"ya dəyişir

Aquero "Mançester Siti"ni "Barselona"ya dəyişir
XƏBƏR 4 Dekabr 2013 / 10:25 2392
-  A +

"Mançester Siti" klubunun hücumçusu Serxio Aquero komandasını tərk edəcək.

Qol.Az-ın "Sport.es"ə istinadən verdiyi məlumata görə, argentinalı futbolçunun "Barselona"da oynamaq istədiyi bildirilir.

Mançester təmsilçisinin baş məşqçisi Manuel Peleqrini daha öncə Aqueronun komandadan ayrılmayacağını söyləmişdi. Lakin artıq vəziyyət dəyişib. Belə ki, 25 yaşlı futbolçu Argentina millisindəki komanda yoldaşı Lionel Messi ilə birgə oynamaq üçün "Barselona"ya keçmək istəyini açıqlayıb.

Qeyd edək ki, "Barselona"nın əzəli rəqibi "Real" (Madrid) klubu da Aquero ilə yaxından maraqlanır.


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır