Ronaldo: "Qızıl top"u Messi qazanacaq

Ronaldo: "Qızıl top"u Messi qazanacaq
XƏBƏR 4 Dekabr 2013 / 00:01 3932
-  A +

Dünya futbolunun ən yaxşı hücumçularından olan Ronaldo Luis Nazario builki "Qızıl top" mükafatına namizədinin adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, braziliyalı veteran futbolçu Lionel Messinin yenidən bu mükafatı qazanacağına inandığını bildirib:

"Mənim favoritim Messidir. Məncə, bu il də bu mükafatı Messi qazanacaq".


Ronaldo argentinalı ulduzun zədədən əziyyət çəkməsinə də münasibət bildirib: "Son 5 ildə Messi demək olar ki, bütün oyunlara çıxıb və bu müddətdə dünyanın ən güclü futbolçusuna çevrilib. Bu zədə ona istirahət etmək üçün vaxt qazandıracaq".

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner