Afrikada ilin ən yaxşısı bəlli oldu

Afrikada ilin ən yaxşısı bəlli oldu
XƏBƏR 3 Dekabr 2013 / 16:28 2325
-  A +

Afrikada 2013-ci ilin ən yaxşı futbolçusunun adı məlum olub.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, beş ildir bu mükafata namizədlərdən olan "Mançester Siti"nin yarımmüdafiəçisi Yaya Ture bu dəfə rəqiblərini geridə qoyaraq fəxri mükafata sahibi olub.

Namizədlər arasında Obi Mikel, Emerik Abameyanq, Viktor Moses və Conatan Potroip də var idi.

Qeyd edək ki, Y.Ture bu il həm millidə, həm də İngiltərə klubunda ümumilikdə 13 qol vurub.

Son xəbərlər
topaz banner