Yurgen Klopp "Atletiko"nun futbolçusunu istəyir

Yurgen Klopp "Atletiko"nun futbolçusunu istəyir
XƏBƏR 3 Dekabr 2013 / 14:16 2508
-  A +

"Borussiya" (Dortmund) klubu qışda komandanı tərk edəcəyi gözlənilən Robert Levandovskiyə əvəzləyici tapıb.

Qol.Az-ın məlumatına görə, Dortmund təmsilçisi "Atletiko" (Madrid) klubunun hücumçusu Dieqo Kostaya "elçi" düşüb.

"Borussiya"nın baş məşqçisi Yurgen Klopp yanvar ayından Braziliya əsilli futbolçunu komandasında görmək istəyir. Lakin "Atletiko"nun Kosta üçün yüksək məbləğ istəməsi "Borussiya"nın işini çətinə salıb.

Qeyd edək ki, İspaniya millisinin üzvü ilə İngiltərənin "Arsenal" klubu da yaxından maraqlanır.

Daha çox


Son xəbərlər