FİFA DÇ-2014-ün püşkatmasında dəyişiklik edir

FİFA DÇ-2014-ün püşkatmasında dəyişiklik edir
XƏBƏR 3 Dekabr 2013 / 12:31 2322
-  A +

FİFA bu həftənin cümə günü baş tutacaq DÇ-2014-ün püşkatmasında bəzi dəyişikliklər edəcək.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, püşkatmada səbətlərin müəyyənləşdirilməsi zamanı ölkələrin FİFA reytinqindəki sıralaması deyil, coğrafi durumu əsas götürüləcək.

Dünyanın ən ali futbol qurumu bu qaydanı tətbiq etməsinin məqsədi isə eyni qitənin komandalarının qrup matçlarında qarşı-qarşıya gəlməməsidir.

Əgər bu qayda rəsmən təsdiqlənsə, DÇ-2014-ün səbətləri aşağıdakı bu şəkildə olacaq:

Birinci səbət: Braziliya, İspaniya, Almaniya, Argentina, Kolumbiya, Belçika, İsveçrə və Uruqvay

İkinci səbət: Hollandiya, İtaliya, İngiltərə, Portuqaliya, Yunanıstan, Bosniya Hersoqovina, Xorvatiya, Rusiya

Üçüncü səbət: Əl-Cəzair, Fildişi Sahili, Qana, Kamerun, Nigeriya, Çili,Ekvador, Fransa

Dördüncü səbət: Avstraliya, Yaponiya, İran, CAR, Kosta Rika, Honduras, Meksika, ABŞ


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə