Bu həftə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək.
Qol.Az-ın məlumatına görə, bir matçdan ibarət mərhələdə qalib gəlib 1/4 finala yüksəlmək yolunda “Qəbələ” sabah - dekabrın 4-ü “Mil-Muğan”la qarşılaşacaq. Görüşün nominal meydan sahibi İmişli təmsilçisi olsa da, qarşılaşma Qəbələdə keçiriləcək.
"Qırmızı-qaralar” 9-cu dəfə kubok uğrunda mübarizəyə qoşulacaq. İndiyədək 3 dəfə 1/8, 3 dəfə 1/4, 2 dəfə 1/2 finalda çıxışını dayandıran komanda ardıcıl 3 ildir ən yaxşı 8 komanda sırasında yer alır.
I divizionda çıxış edən “Mil-Muğan”la görüş “Qəbələ”nin Premyer Liqada çıxış etdiyi vaxt aşağı dəstə təmsilçilərinə qarşı 8-ci dueli olacaq. Komanda əvvəlki görüşlərin hamısında qalib gəlib və top fərqində böyük üstünlük əldə edib – 22:2. Son 6 belə matçda “birincilər” qol da vura bilməyib.
2006/07 12.09.2006 1/16 final Şahdağ (Quba) - Gilan (Qəbələ) 2:5
2006/07 16.10.2006 1/16 final Gilan (Qəbələ) - Şahdağ (Quba) 6:0
2007/08 26.09.2007 1/16 final MOİK (Bakı) - Qəbələ 0:2
2007/08 03.10.2007 1/16 final Qəbələ - MOİK (Bakı) 2:0
2010/11 08.12.2010 1/8 final Qəbələ - Neftçi-İSM (Bakı) 2:0
2011/12 30.11.2011 1/8 final Qəbələ - Neftçala 3:0
2012/13 28.11.2012 1/8 final Qəbələ - Qaradağ Lökbatan 2:0
Son 2 mövsümdə kubokda mübarizəni məğlubiyyətsiz başa vuran “Qəbələ” artıq 6 oyundur yenilmir. “Qırmızı-qaralar” sonuncu dəfə 2011-ci il martın 8-də 1/4 final mərhələsinin “Bakı” ilə səfər qarşılaşmasında uduzub – 0:1.
Dekabrın 4-də baş tutacaq matç həm də Yuri Syominin Azərbaycan kubokunda debütü ilə əlamətdar olacaq. “Qəbələ”nin baş məşqçisi postunda əvvəl yoxlama oyununda qeyri rəsmi, sonra Topaz Premyer Liqasında rəsmi debüt edən rusiyalı mütəxəssis bu dəfə kubokda ilk matçda iş başında olacaq. Bununla da Syomin “Qəbələ”nin ölkə kubokundakı 5-ci çalışdırıcısı olacaq. İndiyədək bu yarışda 33 matça çıxan “qırmızı-qaralar” 4 məşqçinin rəhbərliyi altında çıxış edib.
Ramiz Məmmədov 21 9 6 6 22-22 33
Faiq Cabbarov 6 4 1 1 17-3 13
Fatih Kavlak 3 1 2 0 5-2 4
Toni Adams 3 1 1 1 2-1 4
Cəmi 33 15 10 8 46-28 55
Qeyd edək ki, Syomin futbolçu kimi 1 dəfə SSRİ, baş məşqçi kimi 4 dəfə Rusiya kubokunun qalibi olub.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi