Fabio Kapello: "Kaka kimi futbolçular..."

Fabio Kapello: "Kaka kimi futbolçular..."
XƏBƏR 3 Dekabr 2013 / 04:26 2558
-  A +

Rusiya millisinin baş məşqçisi Fabio Kapello sabiq komandası "Milan" haqda danışıb.

Qol.Az-ın məlumatına görə, italiyalı mütəxəssis Milan təmsilçisinin bu mövsüm işləri yolunda getmədiyini bildirib:

"Bu mövsüm "Milan"ın işləri yolunda getmir. Ancaq klubun hazırda düzgün istiqamətdə addımladığını söyləyə bilərəm. Kaka kimi futbolçular komandanın əvvəlki ruhunu qaytarmağa qadirdir. "Milan"ın bu mövsüm uğur qazanacağına inanıram".

Qeyd edək ki, "Milan" A Seriyasında 14 turdan sonra 17 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə