PSJ-dən "Çelsi"nin futbolçusuna 41 milyon avro

PSJ-dən "Çelsi"nin futbolçusuna 41 milyon avro
XƏBƏR 3 Dekabr 2013 / 01:20 2462
-  A +

Fransanın PSJ klubu "Çelsi"nin yarımmüdafiəçisi Xuan Mataya "elçi" düşüb.

Qol.Az-ın məlumatına görə, Paris təmsilçisi ispaniyalı futbolçu üçün qarşı tərəfə 41 milyon avro təklif edib.

Daha öncə "Mançester Yunayted" və "Tottenhem"in təkliflərini rədd edən "Çelsi" hələlik bu təklifə münasibət bildirməyib. 25 yaşlı futbolçu razılıq verəcəyi təqdirdə Mata yanvar ayından PSJ-də çıxış edəcək. Lakin Mata verdiyi açıqlamasında "Çelsi"də qalmaq istədiyini deyib.

Qeyd edək ki, Mata 2011-ci ildən "Çelsi"də çıxış edir.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə