Serxio Ramos: “Real”dan getmirəm”

Serxio Ramos: “Real”dan getmirəm”
XƏBƏR 2 Dekabr 2013 / 15:07 1854
-  A +

"Real"ın (Madrid) futbolçusu Serxio Ramos komandadan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, müdafiəçi Madrid klubunda heç bir problemi olmadığını və burdan ayrılmağı düşünmədiyini deyib: "Komandamla daha üç illik müqaviləm var. Klub prezidenti Florentino Perezlə də heç bir problemim yoxdur. Burada özümü xoşbəxt hiss edirəm. Futbolçu karyeramı "Real"da başa vurmaq istəyirəm".

Qeyd edək ki, S.Ramosla "Mançester Siti", "Çelsi" və PSJ klubları maraqlanır.


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə