Ronaldo: "Heç kəs Braziliya ilə eyni qrupa düşmək istəməyəcək"

Ronaldo: "Heç kəs Braziliya ilə eyni qrupa düşmək istəməyəcək"
XƏBƏR 2 Dekabr 2013 / 14:48 2610
-  A +

Braziliya millisinin sabiq hücumçusu Ronaldo 4 gün sonra atılacaq "DÇ-2014"ün püşkü haqda danışıb.

Qol.Az-ın məlumatına görə, Ronaldo püşk zamanı heç bir yığmanın Braziliya ilə eyni qrupda düşməkdən çəkinəcəklərini deyib:

"Qarşıdakı dünya çempionatının möhtəşəm olacağına şübhəm yoxdur. Düşünürəm ki, püşk zamanı heç bir yığma Braziliya ilə eyni qrupa düşmək istəməyəcək. Təbii ki, heç bir milli meydan sahibləri ilə qarşılaşmaq istəməz. Çünki Braziliya yığması çox güclüdür. Ancaq heyətə bir qədər əl gəzdirmək lazımdır".

Qeyd edək ki, dünya çempionatının püşkü dekabrın 6-da Braziliyanın Mata-di-San-Juan şəhərində atılacaq.

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner