"Barselona"nın oyunu tənqid olundu

"Barselona"nın oyunu tənqid olundu
XƏBƏR 2 Dekabr 2013 / 14:26 2947
-  A +

"Barselona"nın son iki oyunda məğlub olması Kataloniya qəzetlərində də narazılıqla qarşılanıb.

Qol.Az-ın məlumatına görə, "Sport" qəzeti "Barsa"nın La Liqada "Atletik" (Bilbao) klubuna məğlubiyyətin ardından komandanı tənqid edib. 

"Bizim bildiyimiz "Barselona" bu deyil" başlıqlı manşet yazısı dərc edən qəzet Lionel Messinin yoxluğunun artıq komandaya təsir etdiyini bildirib.

Qeyd edək ki, Kataloniya klubu bundan əvvəl Çempionlar Liqasında "Ayaks"a məğlub olmuşdu.

Daha çox


Son xəbərlər