Marselo: "Beyl Ronaldo ola bilməz"

Marselo: "Beyl Ronaldo ola bilməz"
XƏBƏR 2 Dekabr 2013 / 12:02 2300
-  A +

"Real" (Madrid) klubunun futbolçusu Marselo komanda yoldaşları Kriştiano Ronaldo ilə Qaret Beylin müqayisə olunmağını düzgün hesab etmir.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli müdafiəçi deyib ki, uelsli yarımmüdafiəçi son zamanlar yaxşı çıxış etməsinə baxmayaraq, Ronaldoya çata bilməz:

"Beyl ilə Ronaldonu müqayisə edə bilməzsiniz. Kriştiano komandadakı oyunçuların ən yaxşısıdır. Beyl mükəmməl futbolçudur, ancaq bir Ronaldo deyil".

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi son olaraq "Valyadolid"lə oynanan matçda het-trikə imza atıb.

Son xəbərlər
topaz banner