"Xəzər Lənkəran"ın məşqçisi: "Rəqib bir xal üçün gəlmişdi"

"Xəzər Lənkəran"ın məşqçisi: "Rəqib bir xal üçün gəlmişdi"
XƏBƏR 30 Noyabr 2013 / 20:22 4328
-  A +

"Xəzər Lənkəran"ın məşqçisi Giovanne Melkiorre Topaz Premyer Liqanın 15-ci turunda AZAL-la oyundan (1:1) sonra açıqlama verib.

Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, o, komandasının oyunun ümumilikdə yaxşı qiymətləndirib:

“Yaxşı oyun oldu, ötürmələrdə, topa sahib olmada yaxşı idik. Amma çox zaman hücumları məntiqi sonluqla bitirə bilmirdik. AZAL müdafiəyə meylli, qapalı futbol oynayırdı. Oyunumuzu daha çox cinahlardan qurmalı idik. Bundan istifadə edə bilmədik. Rəqib bir xal üçün gəlmişdi, müdafiədə boşluq vermədi”.


Son xəbərlər