Vaqif Sadıqov: "10-cu oyundur ki, qələbə qazana bilmirik"

Vaqif Sadıqov: "10-cu oyundur ki, qələbə qazana bilmirik"
XƏBƏR 30 Noyabr 2013 / 20:14 2283
-  A +

“İkinci hissədə azlıqda qalsaq da, komanda xarakterini göstərdi. Komanda olduğumuzu bir daha göstərdik. Yolumuzu davam etdirəcəyik. 10-cu oyundur ki, qələbə qazana bilmirik. Ancaq tezliklə qələbəmiz olacaq və ardı gələcək".

Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqanın 15-ci turunda "Xəzər Lənkəran"la oyundan (1:1) sonra deyib.

Təcrübəli mütəxəssis bildirib ki, heç vaxt hakimliklə bağlı problemi olmayıb: "Hakim də insandır, səhv edə bilər. İnanıram ki, heç bir oyunda hakim qərəzi olmayıb”.


Son xəbərlər