Qvardiola: "Çox çətin vəziyyətdəyik"

Qvardiola: "Çox çətin vəziyyətdəyik"
XƏBƏR 30 Noyabr 2013 / 14:36 2654
-  A +

"Bavariya"da olan zədəli futbolçuların sayı klubun baş məşqçisi Pep Qvardiolanı bərk narahat edir.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, keçirdiyi mətbuat konfransında bu barədə danışan ispan mütəxəssis zədəli oyunçuların sayının daha da artmasından qorxduğunu deyib:

"Çox çətin vəziyyətdəyik. Komandamın belə durumdan necə çıxacağını bilmirəm. Belə bir zamanda azarkeş dəstəyinə daha çox ehtiyacımız var".

Qeyd edək ki, Münhen təmsilçisində hazırda 7 zədəli futbolçu var.
Bunlar Bastian Şvaynştayqer, Frank Riberi, Mario Mandzukiç, Klaudio Pisarro, Xerdan Şaqiri və Holqer Badştuber və Flipp Lamdır.

Son xəbərlər
topaz banner