"Bakı" futbol klubunun İspaniyanın "Atletiko" (Madrid) və Fransanın "Lans" komandaları ilə əməkdaşlığı təqdirəlayiqdir. Bunu Trend-ə açıqlamasında AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, iş adamı Hafiz Məmmədovun həm İspaniyanın "Atletiko" (Madrid), həm də Fransanın "Lans" klubunda apardığı iş təqdirəlayiqdir:
"Təsəvvür edin ki, Fransa kimi ölkənin stadionunda Azərbaycan bayrağı dalğalanır. Bu, çox gözəl bir amildir. Digər tərəfdən, həm "Atletiko", həm də "Lans" klubunun idman geyimlərində Azərbaycan loqosu əks olunub ki, bu da ölkə üçün böyük bir təbliğatdır".
O, qeyd edib ki, vaxtilə "Lans" klubu ermənilərin əlində olub, lakin sonra əllərindən çıxıb. Bu gün həmin klubu azərbaycanlı iş adamı idarə edir: "Məgər bu pisdir? Lakin bəzən bunun əleyhinə yazılar çıxır, çünki onlar bunu qəbul edə bilmirlər. Əgər bu gün o klublarda azərbaycanlı biznesmen iş aparır, bu klublara mütəmadi olaraq Azərbaycanın gənc futbolçuları gedir, təlim məşq toplanışı keçirlərsə, bu, Azərbaycan futbolunun gələcəyidir. Biz bu məsələlərə öz münasibətimizi bildirməliyik. Yoxsa bunun əleyhinə yazılar yazmaq, belə şey etmək olmaz".
Vitse-prezident vurğulayıb ki, biz elə bir ölkədə yaşayırıq ki, torpaqlarımız işğal olunub, qaçqınlarımız var: "Biz bu gün bir olmalı, belə müsbət işlərə dəstək verməliyik. Bu idman deyil, böyük bir siyasi məsələdir. Həm Hafiz Məmmədov, həm də Mübariz Mənsimov kimi iş adamları bu gün belə işə vəsait qoyurlarsa, bu təqdirəlayiqdir. Bunu təbliğ etmək lazımdır".
Onun sözlərinə görə, imkan daxilində digər biznesmenlər də bu işə töhfə verməlidirlər: "Biz hamımız cənab prezidentin Azərbaycanı dünyaya tanıtmaq işinə dəstək olmalıyıq. Bu gün həm "Atletiko", həm də "Lans" klubları yaxşı oyun göstərirlər. Yəni bu da onu göstərir ki, həmin komandaların futbolçuları çalışırlar ki, yaxşı oynasınlar, yaxşı nəticə əldə etsinlər. Çünki maliyyələşirlər, maaş alırlar və s. Məgər bu gün Azərbaycan klublarına az maliyyə ayrılır? Bu gün klubların maddi-texniki bazası gücləndirilib, infrasktruktur gündən-günə yaxşılaşır. Məgər bu Azərbaycan futbolunun inkişafı deyil? Biz bu işlərə dəstək verməliyik".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi