Qustavo: "Barselona" mənimlə maraqlanmır"

Qustavo: "Barselona" mənimlə maraqlanmır"
XƏBƏR 30 Noyabr 2013 / 13:23 2421
-  A +

Almaniyanın "Volfsburq" klubunun yarımmüdafiəçisi Luis Qustavo haqqında yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, braziliyalı futbolçu qışda komandasını dəyişməyəcəyini açıqlayıb:

"Düzünü desəm, mənim komandamı dəyişməyim müzakirə mövzusu deyil. "Barselona"ya gəlincə, bu çoxdankı hekayədir. Hazırda Kataloniya klubu mənimlə maraqlanmır. "Volfsburq"la müqaviləm var və qışda komandanı tərk etməyi düşünmürəm".


Son xəbərlər
topaz banner