Ançelotti: "Ramosun getməsinə icazə vermərəm"

Ançelotti: "Ramosun getməsinə icazə vermərəm"
XƏBƏR 30 Noyabr 2013 / 12:03 2277
-  A +

"Real"ın (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti futbolçusu Serxio Ramosun satılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis ispan müdafiəçinin satmaq kimi bir niyyətlərinin olmadığını deyib:

"Ramosun transfer edilməsi heç vaxt gündəmdə olmayıb. Onun ayrılmasına icazə vermərəm. Ramos müdafiədə oynayan ən yaxşı futbolçulardan biridir. Bütün dünya onun komanda üçün necə önəmli biri olduğunu bilir".

 

Daha çox


Son xəbərlər