Dünya çempionatının seçmə mərhələsində rüşvət qalmaqalı

Dünya çempionatının seçmə mərhələsində rüşvət qalmaqalı
XƏBƏR 29 Noyabr 2013 / 17:48 2656
-  A +

Britaniyanın "The Daily Telegraph" qəzeti danışılmış oyunlarla məşğul olan sinqapurlu şəxsin Mançesterdə bir oteldəki danışıqlarını gizlicə yaddaşa yazıb.

Qol.Az-ın həmin mətbuat orqanına istinadən verdiyi məlumata görə, sözügedən şəxs dünya çempionatının seçmə mərhələsində bir çox oyunların əvvəlcədən danışıldığını iddia edib.

O bildirib ki, danışılmış oyunlara görə ağır cəza verilən Sinqapurdan başqa dünyanın hər yerində bu üsuldan istifadə olunur. Onun sözlərinə görə, ən azı 15 dəfə dünya çempionatının seçmə mərhələlərində matçların hesabı əvvəlcədən müəyyənləşdirilib.

Sinqapurlu şəxs danışığı zamanı hətta bunun üçün FİFA lisenziyası olan bir futbol təmsilçisi ilə işbirliyinin olduğunu vurğulayıb və Afrikadan bir komandanın tamamilə danışılmış oyunlarla məşğul olduğunu deyib.

Son xəbərlər