Milli komandamızın və "Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedyevin Qol.Az saytına müsahibəsi
- Hamı milli komandamızdan qələbə gözləsə də, son iki yoldaşlıq görüşündə bu sevinci yaşaya bilmədik. Həm Estoniya, həm də Qırğızıstan yığmaları ilə oyun haqda fikirlərini bilmək istərdik.
- 2013-cü ili qalibiyyətlə başa vurmaq istəyirdik. Təəssüf ki, ilin son oyunlarında qələbə qazana bilmədik. Hər iki görüşdə meydançanın vəziyyəti yaxşı deyildi. Millimiz kombinasiyalı, ötürmə ilə oynamağı yenicə öyrənib. Buna görə meydança amilini vurğulamaq lazımdır. Həm də baş məşqçi ekspermentlər edirdi ki, görsün kimi harda oynada bilər. Yəni bir qədər heyətimizdə qarşıqlıq oldu. Estoniya ilə hesabda irəli olsaq da, ikinci hissədə biraz yorğunluq, bir qədər də havanın soyuq olması oyunumuza təsir etdi və iki qol buraxıb uduzduq. Hava həddindən artıq soyuq idi. Biz belə hava şəraitinə öyrənməmişik. Həmin oyunda uduzsaq da, pis təsir bağışlamadıq.
Qırğızıstanla oyundan isə danışmağına dəyməz. Mən hələ oradakı kimi meydança görməmişəm. Azərbaycan çempionatında heç bir komanda belə bərbad meydançada oynamaz. Azərbaycanla müqayisədə Qırğızlar hər bir sahədə hardasa 10 il geridə qalıblar.
- Bəs, niyə onlara qalib gələ bilmədiniz?
- Həmin oyunda da Foqts eksperimentlərə əl atdı. Hamı öz mevqeyində oynamırdı. Estoniya ilə oyunda yenə məni dayaq yarımmüdafiəçi kimi meydana buraxmışdı. Mənim üçün bu mövqedə oynamaq çətin olsa da, əlimdən gələni edirəm ki, komandaya xeyir verim. Harda desələr orda oynayaram, oyuna canımı qoyaram. Ancaq ola bilər ki, öz mövqeyimdə oynamayanda istədiklərim alınmasın. Mərkəzdə oynayanda nə qədər çox qaçsam da, komandaya fayda verə bilmirəm. Qırğızlarla oyunda demək olar ki, 1-2 nəfərdən başqa bütün futbolçularımız meydana çıxdı. Bununla belə qol vurmağa da imkanlarımız oldu. Rəqibin qapıçısını qeyd edə bilərəm. Bir neçə epizodda topu "doqquzluq"dan çıxardı.
- Səncə, çempionatın gərgin və maraqlı keçdiyi bir vaxtda fasilə yaratmaq və Qırğızıstanla yoldaşlıq oyunu keçirməyin bizə faydası oldu?
- Açığı məndən asılı olsaydı, bu sonuncu yoldaşlıq görüşlərini keçirməzdim. Onsuzda ilin sonudur, hər şeyi gələn ildən başlamaq lazım idi. Ancaq rəhbərlik belə qərar verdi. Çünki bu, Foqtsun millimizdə son oyunları ola bilər. Ancaq bizim üçün çox ağır səfərlər oldu. Yəni bu yoldaşlıq oyunları gözlədiyimiz faydanı vermədi. İndi çempionat oyunlarına yönəlmək bizim üçün çətin olacaq. Mən də düşünürəm ki, Estoniya ilə oyun bəlkə də bizə lazım idi. Ancaq qırğızların oyununa baxanda futbol deyilən şey görmədik. Futbolçularımız dəli olmuşdular ki, belə futbol olar? Top əllərinə düşən kimi qabağa vururdular. Sanki oyunu yola verirdilər.
- Belə komandaya qalib gəlmək çətindir?
- Heç bir komanda həmin meydançada futbol göstərə bilməzdi. İspaniya millisi də orada oynaya bilməzdi. Meydança amilini bəhanə gətirməyi xoşlamıram. Ancaq həqiqətən o cür meydançada nəsə etmək çox çətindir. Ruslan Abışov məşqdə top qəbul etmək istəyərkən ayağı burxuldu və oyunu buraxmalı oldu. Matçdan sonra futbolçularımızdan bəzisi bel, bəzisi ayaq ağrılarından gileylənirdi. Meydançanın ot örtüyü sarı rəngdə, torpağı daş kimi idi.
- Meydançanın pis vəziyyətdə olduğuna görə, qırğızlara qalib gələ bilməməyimizi faciə saymaq olmaz?
- Olar. Çünki mən qırğızlardan heç bir oyun görmədim. Topu qabağa vurmaqdan başqa heç nə etmirdilər. Orta xəttə olan oyunçular topa toxuna bilmirdilər, ancaq dala-qabağa qaçırdılar.
- Başa çatmaqda olan ili millimizin aktivinə yazmaq olar?
- Məncə, 2013-cü il bizim üçün uğurlu olub. Çünki bu il rekord vurmuşuq. Son iki seçmə mərhələ oyunundan 4 xal götürməyimiz böyük uğurdur. Artıq görünür ki, Azərbaycan millisi yalnız müdafiə futbolu oynamır, qol vurmaq istəyən bir komandaya çevrilib.
- Topaz Premyer Liqada növbəti oyununuz "Rəvan"ladır. Komandanın aparıcı futbolçuları - Rəşad Sadıqov, Admir Teli və Riçard Almeydanın yoxluğunda "Rəvan"a qalib gəlmək müşkülə çevrilə bilər?
- Bu futbolçuların yoxluğu "Qarabağ" üçün böyük itkidir. Ancaq ola bilər ki, oyuna qədər Rəşad zədəsini sağaltsın. Bilirik ki, iki mərkəz müdafiəçisinin olmaması işimizi çox çətinə sala bilər. Yəqin baş məşqçimizin artıq bir ideyası var. Ola bilsin ki, "Rəvan"la oyunda "Qarabağ"da yeni adlar gördünüz.
Ramiq AĞAMƏMMƏDOV
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?