Ərsun Yanal “Fənərbaxça"nın tarixinə düşdü

Ərsun Yanal “Fənərbaxça"nın tarixinə düşdü
XƏBƏR 29 Noyabr 2013 / 12:42 2036
-  A +

"Fənərbaxça"nın baş məşqçisi Ərsun Yanal klubun tarixinə düşüb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o klub tarixində mövsümə ən yaxşı başlayan çalışdırıcı olub.

İstanbul klubu bu mövsüm oynadığı rəsmi 12 matçın 10-da qalib gəlib, yalnız bir dəfə məğlub olub, bir  dəfə isə heç-heçə edib.

Bu nəticə ilə Ə.Yanal 2000/2001 mövsümündə "Fənərbaxça"nı çalışdıran Mustafa Dənizlinin rekordunu qırıb. M.Dənizlinin çalışdığı dönəmdə komanda ölkə çempionatıda ilk 12 oyundan sonra 8 qalibiyyət əldə etmiş, 3 heç-heçə nail olmuş, 1 dəfə isə uduzmuşdu.

Qeyd edək ki, "Fənərbaxça" hazırda Türkiyə superliqasının turnir cədvəlində 31 xalla birinci pillədədir.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır