"Bakı"nın iki futbolçusu əməliyyat olundu

"Bakı"nın iki futbolçusu əməliyyat olundu
XƏBƏR 29 Noyabr 2013 / 11:20 1339
-  A +

"Bakı" futbol klubunun üzvləri Vadim Abdullayev və Əziz Quliyevin sağlıq durumu barədə raport açıqlanıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, dünən (27 noyabr 2013) İstanbulda Acıbadem Fulya xəstəxanasının idman sağlığı mərkəzində əməliyyat olunan hər iki futbolçunun durumu normaldır.

Ortopediya və travmotologiya mütəxəssisi professor Ömər Faruk Taşer tərəfindən əməliyyat olunan Vadim Abdullayevin 3 aydan sonra yaşıl meydanlara dönə biləcəyi bildirilir. Vadim sağ menisk əməliyyatına məruz qalıb.

Eyni nahiyədən əməliyyat olunan Əziz Quliyevin 1 ay sonra məşqlərə başlaya biləcəyi təxmin edilir. Bu barədə məlumatı professor Ömər Faruk Taşer verib.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır