Zlatan İbrahimoviç də 100-ə çatdı

Zlatan İbrahimoviç də 100-ə çatdı
XƏBƏR 29 Noyabr 2013 / 01:35 1707
-  A +

Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasında 100-cü oyununu keçirən 18-ci futbolçu kimi tarixə düşüb.

İsveçli forvard Avropanın ən nüfuzlu klub turnirində 17 sentyabr 2002-ci ildə Hollandiya “Ayaks”ında debüt edib.
 
Həmin oyunda “Ayaks” Fransa “Lion”unu yenib – 2:1. Sonradan o, İtaliyanın “Yuventus”, “İnter” və “Milan”, eləcə də İspaniyanın “Barselona” klublarının formasını geyinib və 20012-ci ilin yayında PSJ-yə keçib. İbrahimoviç bu komandaların hamısının heyətində qol vurmağı bacarıb. İndiyədək Çempionlar Liqasında 39 dəfə fərqlənmiş futbolçu bombardirlər siyahısında 10-cudur.
 
Qeyd edək ki, “Olimpiakos”la matçda hesabı Zlatan İbrahimoviç açıb. 2:1 hesablı qələbə sayəsində PSJ xallarını 13-ə çatdıraraq, C qrupunun lideri kimi növbəti mərhələyə yüksəlib (Lent.az).

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq