"Riberi ən yaxşıdır, ancaq "Qızıl top" Ronaldoya verilməlidir"

"Riberi ən yaxşıdır, ancaq "Qızıl top" Ronaldoya verilməlidir"
XƏBƏR 28 Noyabr 2013 / 15:33 2873
-  A +

"Bavariya" klubunun fəxri prezidenti Franz Bekkenbauer ötən mövsümün ən yaxşı futbolçusunun adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Bekkenbauer Münhen təmsilçisinin yarımmüdafiəçisi Frank Riberini ötən mövsümün ən yaxşısı adlandırsa da, bu il "Qızıl top" mükafatının "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldoya verilməli olduğunu bildirib:

"Fakt odur ki, Ronaldo oyun ərzində vurduğu qolları sayəsində bu mükafata iddialı olub. Ötən mövsüm "Qızıl top" Messiyə verildikdə çox təəssüfləndim. Ronaldo da öz narazılığını gizlədə bilməmişdi. Həmin vaxt Ronaldo bu mükafatı qazanmaq üçün hər şeyi edəcəyini demişdi. Təbii ki, "Qızıl top" bu il Riberiyə verilsə, əla olardı. Ancaq mükafat Ronaldoya təqdim olunsa, heç də təəccüblənməyəcəyəm".


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq